Banner

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - FOTO

Qəzalar 19 Noyabr 2026 23:54
Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu  - FOTO
WhatsApp kanalımıza abunə olun

Lənkəran rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "QAZel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək üç avtomobilə və yol kənarındakı beton elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin 6 minə yaxın sakini işıqsız qalıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh