“Mercedes-Benz” və “Maybach”da nasazlıq: 3500-dən çox avtomobil geri çağırılır

Yaponiyada "Mercedes-Benz S-Class" və "Mercedes-Maybach S-Class" avtomobillərinin əyləc sistemində mümkün nasazlığa görə 3 559 nəqliyyat vasitəsi geri çağırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin rəsmi bildirişində məlumat verilib.
Söhbət ön təkərlərin əyləc şlanqlarından gedir. Rəsmi sənədə əsasən, onların konstruksiyasında elastiklik kifayət qədər nəzərə alınmadığından müəyyən şəraitdə gərginlik bir nöqtədə toplana, nəticədə şlanqda çat yarana bilər. Avtomobildən istifadəyə davam edildikdə əyləc mayesinin sızması və əyləcləmə gücünün azalması riski mövcuddur.
Yaponiyadakı kampaniya 2022-ci il mayın 9-dan 2025-ci il mayın 12-dək Yaponiyaya idxal olunmuş "S400d 4MATIC", "S450d 4MATIC", "S500 4MATIC", "S580 4MATIC", "S580e 4MATIC", "Mercedes-Maybach S580 4MATIC" və "Mercedes-Maybach S680 4MATIC" versiyalarını əhatə edir.
Nazirliyin məlumatına görə, nasazlıqla bağlı bir müraciət qeydə alınıb, bu problemə aid qəza faktı isə göstərilməyib. Təsirə məruz qalan avtomobillərin ön əyləc şlanqları təkmilləşdirilmiş hissələrlə ödənişsiz əvəzlənəcək.
Mövcud bildiriş 2025-ci ilin mayında elan edilmiş kampaniyanın Yaponiyada genişləndirilməsidir. Avtomobil sahiblərinə şassi (VIN) nömrəsi üzrə rəsmi "Mercedes-Benz" servisinə müraciət etmək tövsiyə olunur.
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - QİYMƏTLƏR
"Honda"nın bir milyondan çox avtomobili yoxlanılacaq












