Banner

Ukraynanın “Neptun” raketləri Krım körpüsünün dəmir yolu hissəsinə zərər vurub

Gündəm 19 Noyabr 2026 20:58
Ukraynanın “Neptun” raketləri Krım körpüsünün dəmir yolu hissəsinə zərər vurub
WhatsApp kanalımıza abunə olun

Ukrayna Hərbi Dəniz Qüvvələrinin sahil raket kompleksləri noyabrın 19-na keçən gecə Krım körpüsünə “Neptun” raketləri ilə zərbə endirib.

Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” məlumat yayıb.

Bildirilib ki, hücumdan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb, dəmir yolu xətti zədələnib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Krım körpüsünü Rusiyanın cənub istiqamətindəki qoşun qruplaşmalarını yanacaq, sursat və hərbi texnika ilə təmin edən əsas quru nəqliyyat marşrutu kimi xarakterizə edib.

Bəyanatda qeyd olunub ki, Kerç keçidi Rusiya ordusunun cəbhədəki təchizat zəncirinin yalnız bir hissəsidir və Ukrayna Müdafiə Qüvvələri Rusiyanın digər hərbi-logistik imkanlarını da mərhələli şəkildə zəiflədir.

Baş Qərargah, həmçinin noyabrın 14-15-də Rusiyanın işğal etdiyi ərazilərdə və Rostov vilayətində daha üç avtomobil körpüsünün yol örtüyünün zədələndiyini bildirib.

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh