Banner

Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı

Qəzalar 19 Noyabr 2026 21:30
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı
WhatsApp kanalımıza abunə olun

Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində dörd yeniyetmə xəsarət alıb.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Qax rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yeniyetmənin idarə etdiyi minik avtomobili qəza nəticəsində aşıb. Avtomobildə olan Qax rayonunun Qaysarlı kənd sakinləri, 16 yaşlı Y.Aslanlı, 16 yaşlı E.Buğdaliyev, 16 yaşlı Q.Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı A.Əfəndizadə xəsarət alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh