188 Yükdaşıma və Evakuasiya Xidmətindən şikayət - 3 aydır maaşımı vermirlər

Hazırda Bakının Sabunçu rayonunda yaşayan Yevlax rayon sakini Abbasov Rövşən Yusif oğlu "188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir. Avtosfer.az-ın məlumatına görə, "Sitat.info"ya müraciət edərək problemini ictimailəşdirməyə çalışan Rövşən Abbasov 1 ildir ki, çalışdığı "188" Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir.

"Ötən ilin oktyabr ayında işə başlamışam. Hazırda da bu şirkətdə rəsmi olaraq adım işçi kimi qeydiyyatdadır. Amma nə əmək haqqı ala bilmirəm, nə işimə xitam verirlər. Maaşımı istəyəndə də deyirlər ki, get hara istəyirsən şikayət elə. Dediklərinə görə, yuxarılarda qohumları var və ona güvənirlər.
Bunu mənə şirkət rəhbəri Mustafayev İsmixan Məmməd oğlu deyib. Ötən ildən dekabr ayının, bu ildən isə yanvar və fevral aylarının əmək haqqı ödənilməyib. Rəsmi olaraq 450 manat qeyd edilsə də, maaşım 650 manatdır. Bir də getdiyimiz sifarişin 10 faizi maaşımızın üzərinə gəlir. Təxminən, 1800 manatdan çox alacağım var, amma ala bilmirəm. Xahiş edirəm bu problemi işıqlandırıb mənə kömək edəsiniz".
Məsələ ilə bağlı şirkətdən də mövqe öyrənməyə çalışdıq. Bizə bildirildi ki, vergi borcuna görə, şirkətin bank hesabına sərəncam qoyulduğundan işçilərin maaşlarının ödənilməsi gecikir.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












