Banner

Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO

Hadisə 23 Noyabr 2026 16:03
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nərimanov rayonu, Qafur Murad küçəsində yolda təhlükəli vəziyyət yaranıb.

Avtosfer.az-ın məlumatına görə, velosipedlə ərazidən keçən qadın sürücü qarşılaşdığı təhlükəli anları sosial şəbəkə hesabında paylaşıb.

Kadrlardan görünür ki, yolun kənarında yerləşən yağış barmaqlığının qapağı yoxdur. Üstü açıq qalan dəliyi son anda gördüyünü bildirən qadın sürücü qeyd edib ki, bir qədər gec fərq etsəydi, qəzaya uğraya bilərdi.

O, xüsusilə velosiped və moped sürücülərini həmin ərazidən keçərkən diqqətli olmağa çağırıb.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229142.html

 

 

Oxunub : 214
ŞƏRH YAZ
Ad

E-mail

Şərh