Pərviz Şahbazov sədr təyin edildi

Nazirlər Kabineti elektroenergetika sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin araşdırılması məqsədilə Komissiyanın yaradılması haqqında qərar qəbul edib.
Avtosfer.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, bu sahələrin inkişafı üzrə zəruri tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyinin təhlili, habelə "Azərenerji" və "Azərişıq" ASC-lərin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb.
Komissiyanın sədri
energetika naziri
Komissiyanın üzvləri:
- Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
- iqtisadiyyat nazirinin müavini
- maliyyə nazirinin müavini
- Dövlət Neft Şirkətinin prezidenti
- Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini
- Baş nazirinin köməkçisi
Əli Əsədov QƏRAR İMZALADI
Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik - FOTO - VİDEO
Skuter sürənlərə VACİB XƏBƏR: Dəbilqə qadağası GƏLİR
Yeni nazir təcili yardım maşınları ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR VERDİ - NƏ BAŞ VERİR ?
Sürücülərin diqqətinə! - Bakıda ilk dəfə bu svetaforlar quraşdırılır - FOTO
Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq - Siyahı açıqlandı
“Qələbə” dairəsində nəqliyyat sıxlığı aradan qaldırıldı - FOTO - VİDEO
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO











