30 il əvvəl Laçından çıxdığı maşınla doğma yurduna qayıdan sakin: “Güllə izləri də qalır” - FOTO

“1992-ci ildə Laçından bu maşınla çıxmışdım, bu maşınla da bu gün öz doğma yurduma qayıdıram”.
Bunu oxu.az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən olan keçmiş məcburi köçkün Şahlar Eldar oğlu Cəfərov deyib
O bildirib ki, müharibə dövründə Laçın şəhərindən çıxarkən güllə yağışına da tutulub:
“Laçın bizim hər birimizin qanayan yarasıdır. Çox ağrılı günlər yaşamışıq. Laçından gördüyünüz bu UAZ-452 markalı maşınla çıxmışıq. Yüngül ev əşyalarını götürə bildik ancaq. Mənfur düşmənlərimiz Laçından çıxanda mülki əhalini atəşə tutdu. Xoşbəxtlikdən güllələr bizə yox, maşına dəydi. İki güllə dəydi maşına. O gündən özümə söz verdim ki, bu maşını gözüm kimi qoruyacağam və bu maşınla da Laçınımıza qayıdacağam. Bu gün həmin gündür. Maşını çox çətinliklə də qoruyub saxlaya bildim. Hətta güllə izləri də qalmaqdadır. İndi öz əşyalarımızı yükləyib öz doğma yurdumuza qayıdırıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə və Zabux kəndinə yola salınıb. Bu mərhələdə daha 25 ailə (79 nəfər) öz doğma yurduna köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndinə isə 215 ailənin, yəni 819 nəfərin daimi məskunlaşması təmin edilib.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”












