32 ildən sonra LAÇINDA ilk toy

32 ildən sonra ilk dəfə olaraq Laçın rayonun Zabux kəndində toy olub.
Laçında illər sonra ilk toy Zabux kəndində olub. Zabux kənd sakinləri Nurlan Əlizadə və Gülnar Cəfərovanın toy mərasimi Zabux kəndində qeyd olunub. Toy mərasimi kənddə qurulmuş mağarda keçirilib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrabaları, kənd sakinləri ilə bərabər Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak edib. Toy mərasimində öncə Dövlət Himni səsləndirilib, ehtiram əlaməti olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər bəylə gəlinə xeyir-dua veriblər və toy şənliyi keçirilib.
Qeyd edək ki, Zabux kəndində 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin yeni tikilən evlərdə yaşaması üçün hər cür şərait yaradılıb.






(APA)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












