Abdin Fərzəliyevin korteji qəzalı yoldan keçdi, sakinlər sevindi – TƏFƏRRÜAT - VİDEO

Abşeronu rayonu, Xırdalan şəhəri, Akademik Həsən Əliyev küçəsinin yolu bərbad durumdadır. Avtosfer.az xəbər verir ki, bu barədə "Sitat.info" olaraq sakinlərin şikayəti üzrə həmin əraziyə baş çəkib. Bakı-Sumqayıt şosesi ilə Xıralan şəhərini birləşdirən yol qəzalı və təhlükəli vəziyyətdədir. Yolun təxminən 2 kilometrə qədər hissəsində dərin çalalar yaranıb. Sakinlər bildirirlər ki, yağış suları bu çallara yığılaraq gölməçələr yaradır. Çəkiliş zamanı daha bir məlumat da əldə etdik. Sakinlər bildirdilər ki, icra başçısı Abdin Fərzəliyev iki həftə öncə, yəni sentyabrın 19-da bu ərazidə olub. O, bu ərazidə yerləşən özəl şirkətlərin birinə səfər edib. Məsələni dəqiqləşdir mək üçün apardığımız qısa araşdırma zamanı da bəlli oldu ki. icra başçısı həqiqətən adıçəkilən ərazidə olub, buna dair var. Yəni, başçı yolun bu vəziyyətindən xəbərdardır. Belə ki, əraziyə gələrkən öz avtomobil korteji ilə bərbad durumda olan yoldan keçib. Sakinlər icra başçısının avtomobilinin qəzalı vəziyyətdə olan yoldan keçərkən dərin çalalara düşməsindən məmnundurlar. Ümid edirlər ki, ən azından Abdin Fərzəliyev problemin fərqinə varıb müvafiq addılar ata bilər. Lakin həmin gündən iki həftə keçməsinə baxmayaraq, icra başçısı yolun düzəldilməsi ilə bağlı hər hansə bir təşəbbüs göstərməyib.
Məsələ ilə bağlı videoreportajı təqdim edirik:
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












