“ADY Konteyner” "Maersk" və "Cosco" şirkətləri ilə əməkdaşlıq edəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner” MMC dünyanın ən böyük gəmiçilik şirkətləri "Maersk" və "Cosco" ilə əməkdaşlığa başlayır.
Avtosfer.az "ADY Konteyner”ə istinadən xəbər verir ki, bu layihələr çərçivəsində dəniz xətləri və dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi nəzərdə tutulur.
"Maersk" və "ADY Konteyner" şirkətlərinin birgə səyi ilə ilk olaraq yüklərin konteynerlərlə İspaniyadan Qazaxıstanın Aktau limanına çatdırılması həyata keçiriləcək. Balıq yemi ilə yüklənmiş konteynerləri "Maersk" gəmi ilə Gürcüstanın Poti limanına gətirəcək. Burada konteynerlər platformalara yüklənərək “ADY Konteyner”in operatorluğu ilə dəmir yolu vasitəsilə Bakı limanına çatdırılacaq. Daha sonra konteynerlər gəmi ilə Bakı limanından Aktau limanına aparılacaq.
"Cosco" ilə əməkdaşlıq çərçivəsində isə Qazaxıstandan çıxan konteyner qatarı dəmiryolu ilə Yalama stansiyasından Azərbaycana daxil olacaq, buradan isə Poti limanına çatdırılacaq. Daha sonra metallurgiya sənayesi məhsulları ilə yüklənmiş konteynerlərin gəmilərlə İtaliyaya çatdırılması nəzərdə tutulur. Yükdaşımanın Azərbaycan və Gürcüstan ərazisi ilə operatoru “ADY Konteyner”dir.
"Maersk" və "Cosco" ilə əməkdaşlıq Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcminin artmasına və ölkəmizin ərazisindən keçən marşrutlara əlavə yüklərin cəlb edilməsinə töhfə verəcək.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












