Mikroavtobusla yük maşını toqquşdu: Ölən və yaralananlar var
Qəzalar
22 Noyabr 2026 12:50

Çilinin cənubunda turist mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində iki nəfər ölüb, daha beş nəfər yaralanıb.
Avtosfer.az-ın "La Tercera" qəzetinə istinadən məlumatına görə, qəza noyabrın 21-də günün ikinci yarısında Ruta 9 şosesinin 160-cı kilometrliyində Puerto-Natales şəhəri istiqamətində hərəkət zamanı baş verib.
Qəzetin məlumatına görə, rusiyalı turistləri daşıyan mikroavtobus Argentinadan gələn yük maşını ilə toqquşub. Qəza nəticəsində Rusiyanın vətəndaşı - kişi və qadın - hadisə yerində ölüb, daha iki rusiyalı yaralanıb. Hər iki nəqliyyat vasitəsinin sürücüləri və mikroavtobusdakı daha bir sərnişin də yaralananlar arasındadır.
Hadisə yerinə Çili polisinin əməkdaşları gəlib. Qəzanın başvermə şəraiti və səbəbləri araşdırılır.
Oxunub : 74
DİGƏR XƏBƏRLƏR
22 Noyabr 2026 09:00
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
21 Noyabr 2026 23:51
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
21 Noyabr 2026 20:45
Bakıda ağır qəza: ÖLƏN var
21 Noyabr 2026 14:00
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 18:00
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 16:18
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
20 Noyabr 2026 16:15
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
20 Noyabr 2026 13:30
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
20 Noyabr 2026 12:36
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
20 Noyabr 2026 12:03
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
20 Noyabr 2026 09:30
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
19 Noyabr 2026 15:11
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
ŞƏRH YAZ












