Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur - FOTO - VİDEO

Azərbaycan Dəmir Yolları Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarını bərpa edir.
Avtosfer.az xibir verir ki, bu barədə Azərbaycan Dəmir Yollarının (ADY) məlumat yayıb.
Bildirilib ki, Bakıdan Balakənə ilk qatar 20 noyabr saat 23:30, əks istiqamətdə isə 21 noyabr saat 21:10-da yola düşəcək.
Hərəkət cədvəlinə əsasən, gecə reysləri vasitəsilə sərnişinlər səhər saatlarında mənzil başına çatacaqlar. Bu, həm işgüzar səfərlər, həm də turizm və şəxsi səyahətlər baxımından əlverişli nəqliyyat alternativi yaradır.
Biletlərin qiyməti Bakıdan Balakən istiqamətində 16,20 manatdan başlayır.
Sərnişinlərə standart və standart+ sinifləri üzrə xidmət göstəriləcək. Yataq tipli vaqonlarda təşkil edilən səfərlər zamanı sərnişinlərin rahat istirahəti və təhlükəsizliyi üçün zəruri şərait təmin ediləcək.
Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmir yolu kassalarından əldə etmək mümkündür.
Xatırladaq ki, bu ilin iyul ayında ölkənin şimal-qərb bölgəsində intensiv yağıntı və sel nəticəsində Qax–Balakən sahəsində dəmir yolu infrastrukturuna ziyan dəymiş, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu marşrut üzrə qatarların fəaliyyəti müvəqqəti dayandırılmışdı.
ADY tərəfindən genişmiqyaslı bərpa işləri həyata keçirilib. Qax-Balakən sahəsində 1 km-ə yaxın dəmir yolu yenidən qurulub, əvvəlki suötürücü boruların yerində daha iri beton suötürücü qurğular inşa edilib, torpaq yatağı bərkidilib və bəzi ərazilərdə çay yatağı təmizlənib.
Bakı–Balakən–Bakı marşrutunun bərpası sərnişin məmnuniyyətinin artırılması, regionlararası nəqliyyat əlçatanlığının təmin edilməsi və vətəndaşların rahat, təhlükəsiz səyahət imkanlarının genişləndirilməsinə xidmət edəcək.
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT















