Ağdamda ŞOK OLAY: keçmiş iş yerinə acıqlanıb ərazini "minaladı"

Bəzi sosial şəbəkə səhifələrində guya Ağdam rayonunda müxtəlif ərazilərin minalanması görüntüsünün formalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, 24 yaşlı Emin Nəcəfzadə Ağdam rayonunun Baş Qərvənd kəndinin yaxınlığında çəkiliş apararaq həmin mina olmayan ərazilərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyinin göstərişi ilə guya təhlükənin mövcud olmasını göstərmək məqsədilə müxtəlif nişanlar və yararsız minalar yerləşdirildiyini iddia edib.
Bildirilir ki, istinad olunan təşkilat həmin ərazilərdə minatəmizləmə işlərində iştirak etməyib. Qeyd olunan ərazidə səlahiyyətli dövlət orqanları tərəfindən minatəmizləmə işləri həyata keçirilib, eyni zamanda təhlükənin qarşısının alınması məqsədilə monitorinqlər davamlı keçirilir.
Şəxsi qərəzlilik zəminində və Fondun keçmiş əməkdaşı kimi işçi münasibətlər zamanı ortaya çıxmış narazılığı səbəbindən Emin Nəcəfzadənin irəli sürdüyü əsassız və həqiqətə uyğun olmayan iddiaları əhalinin təhlükəsizliyinin təmin olunmasına kölgə salmaqla yanaşı cəmiyyət içində ciddi narahatçılığa və təşvişə səbəb olub.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən Emin Nəcəfzadə Tərtər rayon prokurorluğuna dəvət olunaraq ona xəbərdarlıq edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












