Alimpaşa Məmmədov marallarının yemini icra nümayəndələrinə aldırıb - MƏHKƏMƏ

Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi keçirilən prosesdə ittiham aktının elanı başa çatıb.
Alimpaşa Məmmədov ittiham aktında əks olunan epizodların əksəriyyətini qəbul edib.
Sabiq icra başçısı bugünkü iclasda da mənimsəmə və rüşvət alma yolu ilə əldə edilmiş vəsaitlərin rayonda aparılan işlər üçün xərcləndiyini deyib.
Qeyd olunub ki, növbəti iclasda iş üzrə adı keçən şahidlərin dindirilməsinə başlanacaq.
İttihama görə, Alimpaşa Məmmədov şahid qismində tanınan şəxslərin əksəriyyətindən xidməti otağında rüşvət alıb. Bundan başqa, istintaq dövründə ifadə verən bir neçə kəndin icra nümayəndəsinin dediyinə görə, Alimpaşa Məmmədova məxsus fermadakı marallara onlar baxıblar. Alimpaşa Məmmədov maralların yemini icra nümayəndələrinə aldırıb.
Proses dekabrın 15-də davam etdiriləcək.
***
“Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədov marallara baxmaq üçün rayonun bütün icra nümayəndələrindən hər ay 200-300 manat pul yığırdı”.
Bunu “Report”un Qərb bürosuna açıqlamasında Şəmkirin Dəllər Cəyir kəndinin keçmiş icra nümayəndəsi Tunzalə Hüseynova deyib.
İcra nümayəndəsi iddia edir ki, A.Məmmədov yeni bazarın inşası zamanı ondan 10 min manat pul alıb:
“Sabiq başçı rayonun digər icra nümayəndələrindən daha çox pul alırdı. Mən 10 min manatı Rusiyada yaşayan qohumumdan alaraq ona verdim. Alimpaşa Məmmədov vəd etmişdi ki, həmin pulun əvəzinə yeni bazarda mağaza yeri verəcək. Lakin o, verdiyi vədə əməl etmədi, mən də pulumu geri aldım. Elə ondan sonra məni uzun illərdir çalışdığım vəzifədən qanunsuz olaraq çıxartdı”.
Qeyd edək ki, T.Hüseynova A.Məmmədovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Onun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.
Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub. (apa)
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO










