Anar Rzayev: "Bakıda taksidən istifadə 14 % azalıb"

Azərbaycanda taksi xidməti sahəsində aparılan islahatlar nəticəsində Bakıda taksi səfərlərinin sayı təxminən 14 % azalıb.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında bildirib.
"Təhlillər onu göstərir ki, xüsusilə taksi ilə metroya və yaxud metrodan edilən səfərlərin sayı ciddi azalıb. Qısa məsafəli səfərlərin azalması hesabına ortalama səfər məsafəsi 8,5 km-dən 10 km-ə çatıb. Həmçinin avtobuslarla gündəlik daşıma sayı 100 min nəfər artaraq 1 milyon 600 minə çatıb", - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini bildirib ki, taksi sifarişi operatorları icazə əsasında fəaliyyət göstərməyə başlayıb, vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün taksi sürücləri təlimlərə cəlb edilib: "AYNA-nın Təlim-Tədris Mərkəzində keçirilən təlimlərə bu günə qədər 14 mindən çox sürücü müraciət edib. Onlardan 11 mindən çoxu təlimlərdə iştirak edib. Amma bu məsələnin tam həlli deyil. Növbəti ilin əvvəlində taksi nəqliyyat vasitələrinə texniki tələblər tətbiq ediləcək. Hazırda tələblərin təsdiq edilməsi son mərhələdədir".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












