Bir gündə 3 avtomobil sıradan çıxdı: Ramana sakinləri AAYDA-dan narazıdır - VİDEO

Paytaxtın Ramana qəsəbəsində yolda yaranan çöküntü sürücülər üçün ciddi problemə çevrilib. Təhlükəli vəziyyət səbəbindən bir gün ərzində üç avtomobilə ziyan dəyib.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yoldakı çöküntü uzun müddətdir mövcuddur. Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) dəfələrlə müraciət edilsə də, indiyədək ərazidə hər hansı təmir işləri aparılmayıb və sürücüləri xəbərdar etmək üçün təhlükəsizlik nişanları quraşdırılmayıb.
Bu gün isə vəziyyət daha da ağırlaşıb. Çökən yol hissəsinə düşən avtomobillərdən birinin alt hissəsi ciddi zədələnib və nəqliyyat vasitəsinin ərazidən çıxarılması üçün evakuator çağırılıb. Eyni gün ərzində daha iki avtomobil də çöküntüyə düşərək zərər görüb. Onlardan birinin karteri cırılıb, digərinin isə diski əyilib.
Sürücülər bildirirlər ki, yoldakı təhlükəli vəziyyət hər gün avtomobillərinə ziyan vurmaq riski yaradır. Onlar AAYDA-ya dəfələrlə edilən müraciətlərə baxmayaraq, problemə indiyədək müdaxilə olunmamasından narazıdırlar.
Sakinlər aidiyyəti qurumdan problemin təcili aradan qaldırılmasını, yolun təmir edilməsini və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər.
Eltac Zülfüqaroğlu
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY












