“Auto Azerbaijan” barəsində iş qaldırılıb – SƏBƏB?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə Azərbaycanda avtomobil satışlarını həyata keçirən “Auto Azerbaijan” MMC barəsində iş qaldırılıb. Banker.az xəbər verir ki, işin ümumi hallarında “Auto Azərbaycan” MMC tərəfindən minik avtomobillərinin satışı zamanı bağladığı müqavilə şərtlərinin haqsız reqabət qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması nəzərdə tutulur. İşə 7 may tarixində baxılacaq.
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü ve beşinci abzaslarının tələblərinin pozulması əlamətləri aşkar edildiyi bildirilir. Üçüncü abzasında “əmtəələrin məcburi əlavə çeşidlə satışı” və beşinci abzas isə “qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması” ilə bağlıdır.
Xatırladaq ki, “Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir. “Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












