Banner

BDU-nun prorektorunun işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirildi - YENİLƏNİB

Gündəm 21 Noyabr 2026 11:24
BDU-nun prorektorunun işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirildi - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva məlumat verib.

O bildirib ki, Fərda İmanovun vəzifəsindən azad olunması ilə bağlı mətbuatda yayılan məlumat yeni deyil.

K.Quliyevanın sözlərinə görə, o, bir il əvvəl vəzifəsindən azad edilib.

Qeyd edək ki, Fərda İmanov 2021-ci ildən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışıb.

***

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad edilib.

Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Coğrafiya elmləri doktoru, professor Fərda İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışırdı. O, 2021-ci ildən bu vəzifəni tuturdu.

Fərda İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışıb.

Oxunub : 48
ŞƏRH YAZ
Ad

E-mail

Şərh