Avtobus sürücüsü paylaşdığı şəklə görə həbs edilib - FOTO

Türkiyədə bir avtobus sürücüsü paylaşdığı şəklə görə həbs edilib. Soner Devecioğlu adlı şəxs haqqında əvvəllər də araşdırma aparılıb. Lakin 35 yaşlı sürücünün sözlərinə görə, işi aparan prokuror qəsdən araşdırmanı ləngidib. Soner də buna görə həmin prokurordan şikayət edib. Daha sonra Soner Devecioğlu martın 19-da öz facebook hesabında onu gizli izləyənlərə işarə edərək şəkil paylaşıb. Receb İvedik obrazının əl hərəkəti göstərdiyi həmin şəklin üstündə isə qeyd edib ki, bu şəkli onu facebook vasitəsilə izləyən tanımadığı şəxslərə ünvanlayıb. "Həmin prokuror bu şəkli ona işarə edərək paylaşdığımı düşünüb. Ona görə, mənim, valdeynlərimin evində prokurorluq qərarı ilə axtarış aparılıb. Sonra isə məni qandallarla həbs ediblər", - deyə Soner bildirib.
İndi Soner Devecioğlu yenidən həmin prokurordan və onu həbs edən, evində axtarış aparan polislərdən şikayət etmək niyyətindədir. "Baş veənlərə görə mən işsiz qalmışam. Ona görə də şikayət edəcəm", - deyən Soner fikrindən dönməyəcəyini bildirib.
anspress
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA













