Avtobus sürücüsünə ağır cəza
Gündəm
4 May 2015 14:35

Elçin Kazımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, E.Kazımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 14-də Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi “İsuzu” markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub.
E.Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüblər, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Oxunub : 1606
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
ŞƏRH YAZ












