Avtomobili ağ və qırmızı olmayanlar nə etməlidir? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə məqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Ölkə.az”a açıqlamasında bildirdi ki, tələb bütün taksi fəaliyyətinə aiddir:
“Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışan vətəndaşlara şamil edilir. Əgər taksi fəaliyyəti ilə məşğul olurlarsa, avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır”.
Ekspert deyir ki, minlərlə vətəndaşımızın fərqli rənglərdə avtomobilləri var və taksi fəaliyyəti ilə məşğul olurlar:
“Onlar da bununla bağlı narahat olmasınlar. Bu ilin mart ayından iyulun 1-nə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) müvafiq portalına daxil olaraq elektron icazə alsınlar və fəaliyyətlərini davam etdirsinlər. Bu qaydalar iyulun 1-dən qüvvəyə minəcək. Əgər hansısa vətəndaşın taksidə istismar etdiyi avtomobilin rəngi qaradırsa, iyulun 1-ə qədər qeydiyyatdan keçərək bu avtomobil ilə taksi fəaliyyəti ilə məşğul ola biləcək. Sadəcə avtomobilin yaşı 15 ildən çox olmamalıdır”.
“İyulun 1-dən isə qeydiyyatdan keçənlərin avtomobilləri mütləq qırmızı və ya ağ olmalı, yaşı isə 8 ildən çox olmamalıdır”, - deyə E. Cəfərli əlavə edib.
Qeyd edək ki, keçid müddəalarına əsasən, rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












