Avtoparklarla bağlı yeni sistem tətbiq ediləcək

“Taksilər gün ərzində 24-25 gediş edir. Bir taksi şəxsi avtomobillə müqayisədə 8-9 dəfə çox gediş edir”. Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Anar Rzayev qeyd edib ki, 14 mindən çox taksi sürücüsü AYNA-nın təlimlərinə cəlb edilib: “Bu proses davam edəcək”.
O qeyd edib ki, parklanma həm də şəhər mərkəzinə ediləcək nəqliyyat səfərlərin sayının azalmasına yönəlib: “Parklanma tətbiq etdiyimiz küçələr daha səliqəli olub”.
Sədr onu da vurğulayıb ki, Bakıda kifayət qədər avtoparklar olsa da, onlar arasında əlaqəlilik zəifdir.
Anar Rzayev qeyd edib ki, bunun üçün yeni sistem tətbiq ediləcək: “Avtoparklar arasında əlaqəlilik tərəfimizdən təmin ediləcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












