«Avtoş» saxlanılıb

Bakıda avtoxuliqanlıq edən və yol polislərinə tabe olmayan sürücü saxlanılıb. Avtosfer.az "report"a istinadən xəbər verir ki, aprelin 28-də gecə Yasamal rayonu ərazisində yol polisləri 99 XC 975 dövlət qeydiyyat nişanlı "Niva" markalı maşına saxlama əmri veriblər. Amma sürücü tabesizlik göstərərək qaçmağa çalışıb. O, saxlanılandan sonra polisləri təhqir edərək sənəd təqdim etməkdən boyun qaçırıb.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları çağırılıb və əmrə tabe olmayan sürücü 28-ci Polis Bölməsinə aparılıb. Sürücü bölmədə də polis əməkdaşlarına müqavimət göstərib və Növbətçi Hissənin iş rejimini pozub. Araşdırmalar zamanı tabesizlik edən sürücünün Lənkəran şəhərində anadan olan, hazırda Səbail rayonu Muradov küçəsi 71 c ünvanında yaşayan 1993-cü il təvəllüdlü Abbaszadə Fuad Elşən oğlu olduğu müəyyən edilib.
Hadisə ilə bağlı sürücü barəsində başlanan araşdırmalar davam etdirilir.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












