Avtosfer.az saytının 10 yaşı tamam oldu

Avtosfer.az saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən həyata keçirilən «Peşəkar sürücü; hüquq və vəzifələr» adlı layihə çərçivəsində 11 aprel 2014-cü ildə yaradılıb. İki il əvvəl isə sayt QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yenilənib. Sayt Media Reyesterində qeydiyyatdan keçib və 9 nəfərlik kollektivlə Medianinin İnkişafı Agentliyinin qanun çərçivəsində qarşıya qoyduğu tələblərə uyğun fəaliyyət göstərir.
Saytın əsas məqsədi yol hərəkəti iştirakçılarını maarifləndirməkdir.
Avtosfer.az saytının baş redaktoru nəqliyyat eksperti Elməddin Muradlı, baş redaktorun 1-cü müavini jurnalist Orxan Əlidir. Həmçinin hüquqünas Ərşad Hüseynov Avtosfer.az saytına oxucular tərəfindən ünvanlanan sualları cavablandırır.
Avtosfer.az 10 il ərzində cəmiyyət üçün faydalı olmağa çalışıb. Əsas istiqamət nəqliyyat sahəsi olsa da ictima, siyasi, sosial, iqtisadi mövzularda da oxucuları maarifləndirib.
Sosial şəbəkələrdə də aktiv hesabları olan Avtosfer.az 3 Facebook, İnstagram, Youtube və telegram kanalları vasitəsi lə oxucuların xidmətindədir.
Bununla yanaşı Avtosfer.az Daxili işlər Nazirliyi, Dövlət Yol Polisi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Dəmir Yolları, Yerüstü Nəqliyyat Agentliyi, Beynəlxalq Avtovağzal Kompleksi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərsu, Azəriqaz, Fövqəladə Halalr Nazirliyi və digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Həmçinin müxtəlif layihələr həyata keçirməklə vətəndaşların xidmətində olur. Belə ki, bu illər ərzində onlarla maarifləndirici videoçarx, yüzlərlə tədbir, görüşlər həyata keçirilib.
Avtosfer.az electron media ilə yanaşı multimediya sahəsində də aktiv fəaliyyət göstərir. Belə ki, AvtosferTV studiyası vaxtaşırı olaraq həm müxtlif maaifləndirici verilişlər, canlı yayımlarla cəmiyyətiin inkişafına dəstək verir.
10 il ərzində öz ayaqları üzərində durmağı bacaran Avtosfer.az yol hərəkəti sahəsindəki problemlərin həllinə, xüsusilə insanların təhlükəsizliyinə öz töfhələrini verməkdə davam edəcək. Gündəlik 10-a yaxın vətəndaş müraciətinə cavab verilir, onların qaldırdığı problemlər işıqlandırılır, bəzi problemlər isə birbaşa aidiyyatı qurumlara yönləndirilməklə həll edilir.
10 il ərzində yolunuzu bizdən saldığınız üçün hər birinizə xüsusi təşəkkür edirik.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”











