“Avtoşluq edənlər balaca maşınlar deyil, yük maşınları və avtobuslardır" – FOTO

Müğənni Zamiq Hüseynov ötən gün Bakıda bitum daşıyan yük maşınının aşması ilə bağlı öz tənqidi fikirlərini sosial şəbəkə hesabından paylaşım edərək bildirib.
Avtosfer.az xəbər verir ki, müğənni baş verən qəzada sürücünü günahlandırıb:
"Mən hər zaman demişəm, yenə də deyirəm. Artıq avtoşluq edənlər balaca maşınlar deyil, yük maşınları və avtobuslardır. Bu sürücülər nə yeyir, nə içirlər bilmirəm. Sən sürdüyün maşına bələd deyilsən? Bu sürətlə bu döngəyə necə girişdir bu? Siz bir baxın, bu aşan maşının sağında bir ailə, uşaq getsəydi, necə olacaqdı? Nə qədər insan bədbəxt olacaqdı? Dəhşətdir vallah”.
Qeyd edək ki, apreli 6-da Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metrostansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye dağılıb. Bitum daşıyan yük maşınının aşması nəticəsində daha bir neçə yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Böyükşor şosesi - “Koroğlu” metrostansiyası, mərkəz, bunlarla yanaşı, Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Namiq Musayev

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












