AYNA yük daşımaları üçün icazənin alınmasına dair təlimat paylaşıb - VİDEO

“Avtomobil nəqliyyatı haqqında qanun”a edilən son dəyişikliyə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaq üçün icazə alınmalıdır.
Avtosfer.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbərinə görə, bu xidmətdən yararlanmaq üçün e-xidmet.ayna.gov.az-a daxil olaraq müvafiq xanaları doldurmaq lazımdır:
Qeyd edək ki, icazənin elektron qaydada verilməsi üçün AYNA tərəfindən elektron xidmət istifadəyə verilib.
Xidmətdən yararlanmaq üçün “e-xidmet.ayna.gov.az” portalında “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət” elektron xidmətinə daxil olmaq lazımdır.
Elektron xidmətə ASAN Login üzərindən gücləndirilmiş imza vasitəsilə daxil olmaq mümkündür.
Sistemə daxil olduqdan sonra müraciət etmək istəyən hüquqi şəxslər və sahibkarlar ilk növbədə fəaliyyət istiqamətini seçməli və öz profillərini yaratmalıdırlar.
Sistem aidiyyəti dövlət orqanlarının informasiya sistemləri ilə inteqarsiya edildiyindən tələb olunan sənədlərdəki bir çox məlumatlar həmin sistemlərdən əldə edilir və beləliklə istənilən sənədlərin sayı minimuma endirilib.
Rüsum tələb olunan fəaliyyət istiqamətləri üzrə ödənişlərin elektron qaydada aparılması üçün sistem Hökumət Ödəniş Portalı ilə inteqrasiya edilib.
Fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq məlumatlar doldurulduqdan və sənədlər əlavə edildikdən sonra müraciət baxılması üçün elektron qaydada AYNA-ya göndərilir.
Müraciətə AYNA-da qanunvericliklə müəyyən edilmiş müddətlərdə və qaydada baxılır, çatışmazlıq aşkarlanamadığı təqdirdə “İcazə” müraciət edən şəxsin elektron kabinetinə göndərilir.
Hüquqi şəxslər və fərdi sahibkarlar icazə ilə bağlı prosesləri elektron kabinet üzərindən idarə etmək imkanına malikdirlər.
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO











