Azərbaycan Putinin ittifaqına üzv olacaq? - Prezidentdən vacib AÇIQLAMA

“Bəli, biz həqiqətən də həm Prezident, həm də Baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Mən bir dəfə fəxri qonaq qismində belə tədbirdə iştirak etmişəm və əslində, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri var. Yəni, bizim üçün bu ölkələr qrupu qeyri-adi deyil, biz onları çox yaxşı tanıyırıq”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə Alman İnstitutunun dosenti Daria İsaçenkonun sualını cavablandırarkən deyib.
“O ki qaldı, Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planlarına, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik”.
İlham Əliyev Avrasiya İqtisadi İttifaqının üzvləri arasında yaşanan fikir ayrılıqlarına da toxunub:
“Bizdə olan məlumata görə, üzv dövlətlər arasında vaxtaşırı iqtisadi fikir ayrılıqları meydana gəlir və dediyim kimi, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə bizim çox yaxşı münasibətlərimiz, o cümlədən iqtisadi əlaqələrimiz var. Biz çəkişmə vəziyyətində olmaq və ya iqtisadi tərəfdaşlarımıza xələl gətirə biləcək addımlar atmaq məcburiyyətində qalmaq istəmirik. Bir daha təkrar edirəm ki, beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığımız bütün addımlarımız hər zaman praqmatizmə əsaslanıb. Bunu Qoşulmama Hərəkatına üzvlüyümüzlə bağlı da söyləyə bilərəm. Biz 10 ildən bir az artıqdır ki, Qoşulmama Hərəkatına üzv olmuşuq. Bu, düşünülmüş və düzgün təhlil edilmiş addım idi. Bundan sonra biz bu təsisatda sədrliyi öz üzərimizə götürdük, imkanlarımızı nümayiş etdirdik və çoxsaylı dostlar qazandıq”.
Prezident deyib ki, Azərbaycanın hazırda Avrasiya İqtisadi İttifaqına üzv olmaq planları yoxdur:
“Hazırda bizim belə planlarımız yoxdur. Lakin gələcəkdə bunu nəzərdən keçirməyəcəyimizi deyə bilmərik. Hər şey yaxınlaşmanın hansı əlavə iqtisadi faydanın verəcəyindən asılı olacaq. Belə bir üstünlük görsək, qərar qəbul edəcəyik. Əks təqdirdə, bugünkü vəziyyət bizi qane edir”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










