Azərbaycan Qarabağa yeddi milyard dollara yaxın pul qoyub

Son 3 ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 6,6 milyard ABŞ dollarından çox vəsait sərf edib.
Maliyyə Nazirliyinin məlumatına görə, bunu nazir Samir Şərifov mayın 3-də Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 56-cı İllik Toplantısının rəsmi açılış mərasimində bildirib.
O, çıxışında 30 ildən artıq işğal altında qalan, 2020-ci ildə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib. Nazir bildirib ki, Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılmasını və məcburi köçkün və qaçqınların öz doğma kəndlərinə, qəsəbələrinə və şəhərlərinə geri qaytarılmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramına start verib.
S.Şərifov işğal zamanı bütün fiziki və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib, yenidənqurma tədbirlərindən əvvəl çoxlu sayda mina təmizləmə işlərinin həyata keçirilməli olduğunu bildirib, regionun strateji coğrafi mövqeyinə görə böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












