Azərbaycan quru sərhədlərini açır? - Deputatdan mühüm açıqlama

Azərbaycanla quru sərhədlərin açılması qonşu ölkədən Gürcüstana gələnlərin sayının artmasına müsbət təsir göstərəcək. Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib. Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var: “Bilirik ki, səbəblərdən biri koronavirus idi, təhlükəsizlik baxımından bağlanmışdı. Daha sonra təhlükəsizlik nöqteyi-nəzərindən regionda hadisələr inkişaf etdi, ona görə Azərbaycanın nə üçün belə qərar verdiyini deyə bilmərəm. Əgər bu yöndə müsbət qərar qəbul edilərsə, Azərbaycan vətəndaşlarının Gürcüstana gəlişi asanlaşacaq və biz bunu alqışlayacağıq”.
Avtosfer.az xəbər verir ki, mövzunu Yenisabah.az-a şərh edən millət vəkili Fazil Mustafa bildirib ki, sərhədlərin bağlı qalması insanlara maddi olaraq ciddi ziyan vurur:
“Hələki bu istiqamətdə aydın bir yanaşma yoxdur. Sərhədlər qismən açılmalıdır və xüsusi kateqoriya insanlar var ki, bu onların gediş-gəlişi üçün böyük problemlər yaradır. Sərhədlərin bağlı qalması maddi baxımdan insanlara ciddi zərbə vurur. Hər halda bu istiqamətdə düşünülməlidir. Çünki belə bir gedişatda bu məsələnin görməzlikdən gəlinməsi mümkün deyil”.
Deputat qeyd edib ki, yaxın gələcəkdə sərhədlərin açılması ilə bağlı addımların atılması mütləqdir.
“Xüsusən tələbələr, xəstə insanlar üçün ciddi narazılıq yaradır. Bu istiqamətdə konkret addımlar atılarsa, müsbət irəliləyişlər əldə edilə bilər. İnsanların turizm, müalicə, ticarət və başqa məsələlərin həllində sərhədlərin açılması lazımdır. Düzdü, sərhədlərin bağlı qalması ilə bağlı hökumətin müəyyən mülahizələri var, amma bunun əvvəl-axır bir sonu olmalıdır. Davam edən proseslərin fonunda sərhədlərin açılması mütləqdir”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










