Azərbaycanda 1700-dən çox alim var, yeni kəşflər niyə yoxdur? – AÇIQLAMA

Elm və texnikanın surətlə inkişaf etdiyi bir dövrdə, demək olar, hər gün hansısa bir kəşf, yaxud ixtira haqqında informasiya alırıq. Bu kəşf və ixtiralar insan həyatının asanlaşmasına xidmət edir. Bir sıra ekspertlərin fikirlərinə görə bəşəriyyət üçün yenilik etməyən, insan həyatını asanlaşdıran kəşf və ya ixtirası olmayan şəxslər alim hesab olunmamalıdırlar.
Maraqlıdır, Azərbaycanda nə qədər alim var və neçəsinin kəşf və ya ixtirası mövcuddur?
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından (AAK) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, AAK tərəfindən 23.04.1992-26.04.2024-cü illər ərzində 1766 şəxsə professor elmi adı verilib.
Bu isə o deməkdir ki, son 32 ildə, hər il təqribən 55 nəfər professor elmi adını alıb.
Maraqlıdır, bəs bu qədər alimlərimiz varkən, Azərbaycanda niyə yeni kəşf və ya ixtiralar olmur?
Millət vəkili Fazil Mustafa bildirib ki, həqiqətən də, dissertasiyaların yazılması, elmi adların verilməsi məsələsində böyük problemlər var:
“Professor elmi adı alanların böyük əksəriyyəti kəşf və ixtira səviyyəsində imkana sahib deyil. Kəşflər daha çox texniki elmlərdə özünü göstərməlidir. Təəssüf ki, bu sahədə xeyli zəifliyimiz var. İnanmıram ki, beynəlxalq standartlarda hansısa qonşu ölkələrlə müqayisədə uğurlu bir statistikaya sahib olaq. Hər halda elm və texnika bizdə ən batmış və problemli sahələrdən biridir. Buranın canlanması üçün hələki effektli addımları ata bilmirik. Bu da gələcəyimiz üçün problem yaradır”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










