Azərbaycanda DƏHŞƏT: Qadın pul yığmaq üçün pişiklərə işgəncə verirmiş - İDDİA - FOTO - VİDEO

Siyəzən rayonunda qadının pişiklərə işgəncə verməsi ilə bağlı iddialar yayılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, qadın vətəndaşlardan pişikləri saxlamaq adı ilə alıb və onlara işgəncə verib.
Eyni zamanda, iddia edilib ki, sözügedən qadın pişiklərə kəsik xəsarətləri yetirərək onların şəkillərini paylaşıb, müalicə olunması üçün kart məlumatlarını qeyd edərək pul yığıb. Xəsarət yetirdiyi pişiklər öldükdə isə onu yandıraraq basdırıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələ ilə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub:
“Hazırda RPŞ-nin təhqiqat qrupunda zəruri araşdırmalar aparılır. Yekunda məsələyə hüquqi qiymət veriləcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












