Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir

Azərbacan hökuməti su qıtlığı probleminin həllinə ardıcıl olaraq sərmayə qoyur, onun həlli ölkənin əsas məqsəd və prioritetlərindən biridir. “Report” xəbər verir ki, bu barədə “Boston Consulting Group”un icraçı direktoru və tərəfdaşı Anton Kosaçın “Su qıtlığı probleminin həlli: Azərbaycan üçün strategiyalar” adlı hesabatında deyilir.
BCG-nin dəyərləndirməsinə görə, problemin iki potensial həll yolu var: su qıtlığını azaltmaq üçün böyük imkanlar sudan istifadənin təxminən 70 %-ni təşkil edən kənd təsərrüfatında və su resurslarının demək olar qalan hissəsinin hamısının istifadə olunduğu sənayedə mövcuddur.
“Bu riskləri azaltmaq üçün suyun qeyri-məhdud bir resurs kimi qəbul edilməsi zəruridir. Bu, gözlənilən tarif artımlarını nəzərə almaqla daxili qiymətlərin müəyyən edilməsini və sənayedə suyun idarə edilməsinə yanaşmaların yenidən nəzərdən keçirilməsini nəzərdə tutur. Bu məqsədə nail olmaq üçün su sərfi proseslərinin ən ətraflı təhlilini aparmaq və mövcud su ehtiyatlarını öyrənmək lazımdır. Su ehtiyatlarının idarə edilməsinin əsas vəzifəsi istifadə olunan suyun həcmini azaltmaq və ya onun istehsal həcminə nisbətən istifadəsini azaltmaqdır”, - hesabatda qeyd edilib. Müəllifin fikrincə, suyun təkrar istifadəsi daha sadə və daha ucuz üsuldur, eyni suyun istehsal tsiklində hazırlanmadan və təmizlənmədən (məsələn, soyutma üçün) təkrar istifadəsini nəzərdə tutur, suyun təkrar emalı isə suyun keyfiyyətini bərpa etmək üçün suyun istehsalata yenidən tətbiq edilməsi məqsədi ilə təmizlənməni nəzərdə tutur.
“Azərbaycanda su qıtlığı problemini həll etmək üçün qiymət islahatı, təkmilləşdirilmiş su idarəçiliyi və səmərəli sudan istifadə texnologiyalarına sərmayə qoyuluşunu əhatə edən kompleks yanaşma lazımdır. Bu yanaşma Azərbaycana öz su ehtiyatlarının uzunmüddətli dayanıqlığını təmin etməyə imkan verəcək”, - o, fikrini yekunlaşdırıb.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










