Azərbaycanda yüzlərlə insanın pulunu alan şəbəkə YOXA ÇIXDI

Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb.
Lent.az xəbər verir ki, bunu bloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında bildirib:
"Platformada 50.000 manata qədər pulu batan insanlar var. "Pazfarm" insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər".
F. Pərdəşünasın sözlərinə görə, hətta bir nəfər 20-yə yaxın qohumunu bu şəbəkəyə onlayn kartof əkiminə pul yatırmağa vadar edib: "Hazırda hamısının yatırımları mənimsənilib. Aralarında kreditə girib, bu işə yatırım edənlər də var. "Pazfarm" dələduzluq şəbəkəsi ilə bütün əlaqələr kəsilib".
Daxili İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyevin sözlərinə görə, vətandaşlar daha çox məlumatlandırılmalıdır ki, kimsə "yüksək faizli qazanc"dan faydalanmayıb: "İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir...".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












