Azərbaycanın bir sıra bölgələrində qar yağır - YENİLƏNİB - VİDEO

Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına da ilk qar yağıb.
Avtosfer.az-ın məlumatına görə, axşam saatlarından başlayaraq yağan yağış sonradan qara çevrilib. Daşkəsən, Gədəbəy və digər dağlıq rayonlara ilk qar yağıb.
Temperaturun enməsi və qarlı hava şəraiti səbəbindən hələ ki fəsad qeydə alınmayıb.
Qeyd edək ki, dünəndən etibarən Qərb bölgəsində küləkli, yağıntılı hava şəraiti müşahidə olunur.
09:14
Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən azertac-ın bölgə müxbirinə bildiriblər ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Burada qar örtüyünün hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay-Xınalıq məntəqəsində qeydə alınıb.
Xızı rayonunun Altıağac qəsəbəsində qar örtüyünün hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.
Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












