Delimitasiya belə aparılacaq... - Paşinyan təsdiqlədi

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının şimaldan cənuba doğru davam etdirilməsi barədə razılaşma mövcuddur.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
“Bizdə artıq dərc olunmuş razılaşma var ki, delimitasiya şimaldan cənuba aparılacaq. Aydındır ki, delimitasiya olunmuş ərazilərdə sərhəd rəsmiləşdirilməli və bu proses şəffaf şəkildə həyata keçirilməlidir”, - o deyib.
Paşinyan qeyd edib ki, tərəflər arasında delimitasiya prosesinin hüquqi əsası artıq formalaşıb.
O vurğulayıb ki, 1991-ci il Alma-Ata Bəyannaməsi iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsində əsas prinsip kimi qəbul edilib. Bundan əlavə, 2024-cü ilin avqustunda imzalanan və oktyabrda ratifikasiya olunan birgə komissiyaların fəaliyyəti ilə bağlı qaydalar bu prosesi hüquqi cəhətdən tənzimləyir: “Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı mövcud sərhədin iki ölkə arasında dövlət sərhədi kimi yenidən rəsmiləşdirilməsinə razılaşıblar”.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTOLAR
Bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Benzin qiymətləri ucuzlaşır - Bu ölkədə
Dünyanın ən dəhşətli həbsxanası: CECOT - "Yaşayan ölüm" - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
ÇL finalında nəhəng duel: PSJ “Arsenal”a qarşı
Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ
Generallar Bakı-Tbilisi qatarında – FOTO
“Bürc-Xəlifə” Azərbaycan bayrağının rənglərində - VİDEO
Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun!










