Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO

Qazaxıstanın Aktau şəhərində ictimai təhlükəsizliyi artırmaq üçün robotlaşdırılmış platformalar tətbiq olunub. Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, robot itlər bu şəhərin ictimai məkanlarında patrul xidməti aparmaq, vəziyyəti izləmək və cinayətlərin qarşısını almaq üçün istifadə olunacaq. Sistemlər videomüşahidə sistemləri ilə təchiz olunub və məlumatları real vaxt rejimində Əməliyyatların İdarə Edilməsi Mərkəzinə ötürə bilir. Robotlar, həmçinin şübhəli əşyaları, tüstü və yanğın əlamətlərini aşkarlaya və avtomatik olaraq təcili yardım xidmətlərinə siqnal ötürə bilir. Gələcəkdə robotların potensial tətbiq sahələrinə terrorizmə qarşı əməliyyatlar, təhlükəli əşyaların məsafədən yoxlanılması və onların əməkdaşların həyatı üçün risk olmadan başqa yerə aparılması üzrə fəaliyyətlərin daxil edilməsi də nəzərdən keçirilir. Robotlaşdırılmış platformalar əvvəllər Astana və Almatıda tətbiq olunub.
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?









