Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH

İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) koordinasiyası ilə sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Son sutka ərzində neftdaşıyan, konteyner və digər ticarət gəmiləri daxil olmaqla, 28 gəmi icazə aldıqdan sonra SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib", - məlumatda bildirilib.
Qeyd olunub ki, Fars körfəzi regionun müsəlman ölkələrinə məxsus su hövzəsidir: "Qeyri-sabitliyə səbəb ABŞ ordusunun hücumlarıdır. Hörmüz boğazına nəzarət qətiyyətli şəkildə həyata keçirilir".
Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Bakıda iki yol bağlanır - Təmir işləri aparılacaq
Daha bir marşrut xəttinin avtobusları yenilənir - Son dayanacağı bu ünvan olacaq
Altı ay ərzində baş verən qəzaların sayı niyə artıb? - SƏBƏBLƏR
Prezidentin maşınında selfi çəkdi - FOTO
Binəqədi şosesində təhlükə saçan çuxurlar: Sürücülər ziyanla üz-üzədir - VİDEO
Heyvanlar necə daşınacaq? - Ölkə daxilində bu maşınlardan istifadə oluna bilər
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz - İlham Əliyev
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO
D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır - Hikmət Hacıyev










