Azərbaycanlı sərnişinlər saatlardır aeroportda qalıb - VİDEO

Çinin Quançjou şəhərində yerləşən Baiyun hava limanında bir qrup azərbaycanlı çıxılmaz vəziyyətdə qalıb.
Bu barədə “Qafqazinfo”ya aeroportda olan vətəndaşlarımızdan biri, iş adamı Ramal Şəmşədli məlumat verib.
O bildirib ki, hava limanında bir sutkadan artıq gözləyirlər:
“Ötən gün buranın saatı ilə 12:30-da uçuşumuz olmalı idi. Əvvəl 2, sonra 3, daha sonra isə dedilər ki, 5 saat sonra uçacaqsınız. Demək olar ki, bizi bir sutka ac-susuz gözlətdilər. Burada sadəcə azərbaycanlılardır. 60-a yaxın azərbaycanlı var. Başqa heç bir ölkənin nümayəndəsi də yoxdur. İndi də bizə deyirlər ki, 3 gün gözləyəcəksiniz, sonra uçacaqsınız. Nə hotel dəstəyi verən var, nə də biletimiz geri qaytarırlar ki, biz başqa ölkə ilə uçuş edək. Burada yaşlı, uşaq, qadın var. Hamımız qalmışıq belə gözləyə-gözləyə. Heç bir səbəb də göstərilmir. Gah havanın pis olmasını səbəb gətirdilər, gah da dedilər ki, bizim uçuşumuz yoxdur”.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












