"Azərkosmos" BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Ofisi ilə BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulmasına dair əməkdaşlıq sənədi imzalayıb.
Avtosfer.az bu barədə "Azərkosmos"a istinadən xəbər verir.
Məlumata görə, qurum “Qlobal Saziş”ə qoşulmaqla kosmik fəaliyyət sahəsində davamlılığı planlaşdırmaq, həyata keçirmək, daxili imkanlarını gücləndirmək və beynəlxalq miqyasda daha geniş biznes ictimaiyyəti və digər maraqlı tərəflərlə öz təcrübəsini bölüşmək imkanı əldə edəcək. Həmçinin "Azərkosmos" ilə BMT arasında təcrübə mübadiləsinin aparılması, "Azərkosmos"un “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin qiymətləndirilməsi üzrə hesabatı”na dair müzakirələr nəzərdə tutulur.
"Azərkosmos" BMT-nin “Qlobal Saziş”inin iştirakçısı olaraq öz fəaliyyətini 2021-2025-ci illəri əhatə edən “Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi” də daxil olmaqla, ölkənin davamlı inkişaf prioritetlərinə, “yaşıl” inkişaf istiqamətlərinə, siyasətlərinə və öhdəliklərinə uyğunlaşdıracaq, o cümlədən davamlı inkişafla bağlı 17 hədəf üzrə BMT-nin təcrübəsindən yararlanacaq.
BMT-nin 17 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” sənədində kosmik texnologiyaların rolu xüsusi əhəmiyyət kəsb edir. Hazırda kosmik texnologiyaların bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələri üzrə istifadəsi olduqca aktualdır. Bu nöqteyi-nəzərdən kosmik texnologiyaların bu sahələrdə birbaşa və dolayı faydalarını görürük. Məsələn, peykdən alınan təsvir fermerə məhsuldarlığını artırmağa kömək edirsə, bu, birbaşa töhfə və nəticədir. Yoxsulluğun azaldılması kimi daha qlobal bir hədəfə təsir göstərirsə, bu, kənd təsərrüfatının səmərəliliyinin artırılmasına yönəlmiş dolayı təsir hesab olunur. Bir sözlə, dünyanın qarşılaşdığı böyük problemlərin, qlobal çağırışların həllində kosmosun imkanlarından istifadə olunur.
BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş “Qlobal Saziş” 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. “Qlobal Saziş” üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərinə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR








