“AzParking”də “15 dəqiqə pulsuz” funksiyası niyə YOXA ÇIXIB? – Narazılıqla bağlı RƏSMİ CAVAB

“Yol hərəkəti haqqında” qanuna görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Bu barədə artıq xeyli müddətdir ki, sürücülərin istifadəsinə verilən “AzParking'' mobil proqramının “Parklanma müddətində” bölümündə də qeyd olunub.
Amma son vaxtlar “15 dəqiqə parklanma” funksiyası “Az-Parking'' tətbiqindəki mövcud bölümdə görünmür. Həmin funksiyadan istifadə etmək istəyən sürücülər proqrama daxil olan zaman “15 dəqiqə parklanma”nı tapa bilmirlər. Əksinə həmin funksiyanın əvəzinə “1 saat parklanma” görünür. Bir qədər cəhd edəndən sonra isə çətinliklə də olsa “15 dəqiqə parklanma” funksiyasını görmək olur. Bu durum sürüclər arasında ciddi narazılığa və narahatlığa səbəb olub. Hətta bilərəkdən gizlədildiyi ilə bağlı iddia edənlər də var.
Bəs, səbəb nədir?
“15 dəqiqə pulsuz” funksiyası bilərəkdənmi gizlədilib? Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, səbəb sözügedən tətbiqdə texniki yenilənmə işləri ilə əlaqədardır:
“Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Hazırda “AzParking” mobil tətbiqində aparılan texniki yeniləmə işləri ilə əlaqədar “15 dəqiqə parklanma” funksiyası “Parklanma müddəti” bölümünün “digər” altbölümünə keçirilib. Texniki yenilənmə bitəndən sonra bu funksiya əvvəlki yerinə qaytarılacaq”, - deyə qurum rəsmisi əlavə edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












