Azparkinqlə müqayisədə daha yüksək tariflər müəyyən edilib

Gündəlik 30 mindən çox sərnişinin vağzala rahat və maneəsiz daxil olması üçün Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi təşkil edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, sərnişinlərin qarşılama və yola salınması üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi təmin olunub. 15 dəqiqədən artıq digər məqsədlərlə avtomobil saxlamaq istəyənlər üçün də azparkinqlə müqayisədə daha yüksək tariflər müəyyən edilib, çünki uzunmüddətli parklama ərazinin əsas təyinatı olan ADY sərnişinlərinin rahat gediş-gəlişinə maneə törədir.
Hazırda vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən "Azparkinq" yerüstü və yeraltı dayanacaqları sürücülərin xidmətindədir.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












