Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Qazaxın 4 kəndinin qaytarılmasından sonra (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) "anklavlar məsələsi necə həll ediləcək" sualı aktuallaşıb, xüsusilə bizim üçün "Başkəndin taleyi necə olacaq" məsələsi vacibdir.
Bu barədə siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında qeyd edib. O bildirib ki, anklavların qaytarılmasında iki problemli məqam var:
"Birincisi, Qazaxın anklav olan üç kəndinin (Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) və Sədərəyin Kərki kəndinin qaytarılması üçün dəhlizlərə ehtiyac var: Azərbaycan və Ermənistan cəmiyyəti arasında etimad mühitinin olmadığını nəzərə alsaq, cari dövrdə belə dəhlizlərin açılması təhlükəsizliyin üçüncü qüvvə tərəfindən təmin edilməsi zərurətini yaradır. Ki, nə Bakı, nə də İrəvan bunda maraqlı deyil;
İkincisi, Ermənistanın Başkəndi "öz anklavı" hesab etməsi və 4 anklava qarşı bu ərazini istəməsidir. Halbuki, Başkənd Azərbaycan torpağıdır və SSRİ dövründə digər ərazilərimiz kimi "otlaq və əkin sahəsi" adı altında ermənilərə bağışlanıb. Digər tərəfdən, bu kəndin strateji əhəmiyyəti onun qaytarılmasının Azərbaycana təkcə coğrafi yox, hərbi baxımdan da itkilər vəd edir.
Bu vəziyyət "anklavlar məsələsi necə həll edilməlidir" sualını ön plana çıxarır.
Həll yollarından biri "barterin" edilməsidir (Başkənd bizdə qalır, Qazaxın üç kəndi və Kərki ermənilərdə): Ermənistan bunda maraqlıdır, Paşinyan "dəhlizlər" məsələsinin çətinliyini əsas gətirərək bu təkliflə çıxış etmişdi. Lakin məsələ təkcə "dəhliz çətinliyi" ilə məhdudlaşmır.
- İrəvan anlayır ki, Başkəndi alsalar da, erməni əhalisinin burada yaşaması qeyri-mümkün olacaq: SSRİ dövründə kənddə yaşamış ermənilər geri qayıtmaq istəmədiklərini bildiriblər;
- Kərki kəndi Azərbaycana Ermənistanın Şimal-Cənub magistral yoluna, Qazaxın üç kəndi isə Ermənistan-Gürcüstan magistral yoluna nəzarət etmək imkanı verir;
Ermənistan həm də buna görə "barter"in tərəfdarıdır. Lakin Azərbaycan üçün bu, o qədər də məqbul deyil.
a) Qalib tərəf olan Azərbaycan öz tarixi torpağı olan Başkəndi verməməklə yanaşı, 4 anklav kəndin azad edilməsi strategiyasından da imtina etməməlidir;
b) Kərki və Qazaxın üç kəndinin azad edilməsi bizə həm də strateji üstülük qazandıra bilər;
Bu baxımdan, anklavlar məsələsinin sonrakı dövrə saxlanılması daha məqbul variantlardan biri kimi görünür. Bunun üçün Qazaxın anklav olmayan 4 kəndinin qaytarılmasında qəbul edilən Alma-Ata bəyannaməsi - İrəvanın istədiyi "Sərhəd SSRİ dağılanda mövcud xətlər üzrə çəkilsin" prinsipi sərhədin digər hissələrinin delimitasiyasında əsas götürülməməlidir. 19 aprel razılaşması Azərbaycana bu imkanı verir. Başkəndi vermədən, Kərki və Qazaxın üç kəndinin azad edilməsinin yollarından biri Azərbaycanın Ermənistan üzərindəki üstünlüyündən istifadə etməsidir: sülh sazişi bağlana, sərhədin müəyyənləşməsi hissə-hissə aparıla və bu müddətdə rəsmi İrəvanın marağında olacaq təkliflər irəli sürülə bilər, misal üçün, bu kəndlərə iqtisadi yatırımların edilməsi, yaxud Ermənistanın regional layihələrə qoşulması və s. Mövcud vəziyyətdə Başkəndin gündəmə gətirilməsi lazımsız addımdır.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












