Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır - FOTO

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlər icra olunur.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə öncədən də məlumat verildiyi kimi bu gün səhər saatlarından etibarən Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işlərinə başlanılıb. Təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılır.
Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən bu gün ərzində qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Sabahdan etibarən isə yola yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Buna görə də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkətin tam məhdudlaşdırılması nəzərdə tutulur.
Sürücülər alternativ olaraq Sumqayıt yolundan birbaşa Bakı Dairəvi avtomobil yoluna daxil olub hərəkətlərinə davam edə bilərlər.
Asfaltlanma işləri bitəndən sonra yola üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunacaq.
Təmir işlərinin 21 aprel saat 22:00-dək yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
















