Bakı Dairəvi yolundan istifadə edənlərin nəzərinə – FOTO

Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhər itiqamətinə doğru olan hissəsində nəqliyyatın hərəkəti bərpa edilib. Nəqliyat Nazirliyi “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə Bakı Dairəvi yolunda təmir-tikinti işləri davam etdirilir. Yolun şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsinin 10 kilometrində təmir işləri artıq yekunlaşıb. Yolun 4 kilometrlik hissəsində isə təmir-tikinti işləri davam etdirilir. Hələlik sürücülər yolun məhz təmir olunmuş hissəsindən, yəni “maşın bazarı” istiqamətinə doğru çıxan yola qədər istifadə edə bilirlər. Bakı dairəvi yolla şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri “maşın bazarı” istiqamətinə çıxmaqla rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər. “20 Yanvar” dairəsinə, Biləcəri qəsəbəsi və Sumqayıt şəhərinə doğru hərəkət edən nəqliyyat vasitələri isə yolun 9,5 kilometrlik hissəsində yaradılmış keçiddən istifadə edərək Bakı Dairəvi yolun əks istiqamətinə çıxmaqla hərəkət edə bilərlər.
Qeyd edək ki, Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissəsi qazılaraq çıxarılıb, həmin hissədə yeni yol yatağı salınıb. Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə 175 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb. Yolda təmir tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və işlərin may ayının 5-dək yekunlaşdırılması nəzərdə tutulub.
Emin
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL
Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı
"Bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!" - İlham Əliyev
"İran tərəfindən 4 pilotsuz uçuş aparatı hücum aktlarını törədib" - Müdafiə Nazirliyi
Naxçıvana edilən dron hücumları ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB
“Onların başı “Dəmir yumruq” vasitəsilə yarıldı, bugünkü hadisə də eyni nəticəni hasil edəcək”
İran əhalisi Molla rejimindən qurtulmaq üçün öz sözünü deməlidir – Ədalət Verdiyev
İlham Əliyev: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycanda kartofun qiyməti artmağa davam edir; Nələr baş verir? - Ekspertlər AÇIQLADI
İrandan dron hücumu ilə bağlı - Açıqlama - VİDEO
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR












