Bakı metrosu ötən ay 21 milyondan çox sərnişin daşıyıb

Bu ilin oktyabr ayında "Bakı Metropoliteni" QSC-dən 518 min 897 nəfəri güzəştli olmaqla 21 milyon 184 min 895 sərnişin və yaxud hər gün orta hesabla 683 min 384 sərnişin istifadə edib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Məlumata görə, ən çox sərnişin oktyabrın 2-də (786 min 519), ən az sərnişin isə oktyabrın 1-də (403 min 284) daşınıb.
Oktyabrın 22 iş günü ərzində metropoliten gündəlik orta statistik hesabla 768 min 36, 9 qeyri-iş günündə isə 476 min 455 sərnişin daşıyıb. “Koroğlu” stansiyası 1 milyon 739 min 323 nəfərlə hesabat ayının sərnişindaşıma lideri olub.
Aylıq daşıma koronavirus (“COVID-19”) pandemiyası elan edilənə qədərki - 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 6 % az, 2022-ci ilin eyni ayına nisbətən isə 2,6 % çoxdur.
10 ay ərzində isə metropoliten 177 milyon 975 min 429 sərnişin daşıyıb. Eyni qayda ilə 2019-cu və 2022-ci illərin müqayisəli statistikasına nəzər salsaq, sərnişin fərqi, uyğun olaraq, 7,4 % az və 6 % çox olub.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











