Bakı metrosunda problem - VİDEO

Bakı Metropoloitenində qatar vaqonlarından birinin qapısı tam bağlanmadan hərəkət edib. Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, hadisə saat 08:15-də metronun “20 yanvar” stansiyasından “İnşaatçılar” stansiyasına gedən istiqamətdə baş verib.
Belə ki, “Dərnəgül”dən “Həzi Aslanov” istiqamətində gedən qatar “20 yanvar” stansiyasında olarkən, sonuncu vaqonun qapılarından biri tam bağlanmayıb. Oradakı nəzarətçilər nə qədər çalışsalar da, qapını tam bağlaya bilməyiblər. Qapının tam bağlanmamasına baxmayaraq, qatar hərəkət eərək tunelə girib. Qapı aralı halda qatar “İnşaatçılar” stansiyasına qədər hərəkətini davam etdirib.
Məsələ ilə əlaqədar Bakı Metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün metroda heç bir nasazlıq qeydə alınmayıb.
“Ümumiyyətlə vaqonda hansısa qapıda nasazlıq olan zaman qatar yerindən tərpənməz. Bilmirəm bu hadisə necə olub, amma bu gün heç bir nasazlıq olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












