Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bu gün səhər saat 08:30 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində ləngimə yaranıb.
Avtosfer.az xəbər verir ki, gecikmə metronun “Memar Əcəmi” stansiyasında daha çox hiss edilib.
Sərnişinlərin sözlərinə görə, bəzi qatarlar gecikib, bir neçəsi isə sərnişinləri boşaldaraq geri qayıdıb. Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.
Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a bildirib ki, məsələdən xəbərdardır. Hazırda gecikmənin hansı səbəbdən baş verməsi araşdırılır.
"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb. Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır", - deyə o qeyd edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












