Bakı metrosundakı qatarlarda əsas nasazlıqlar nə ilə bağlı olur? - AÇIQLAMA

“Metro vaqonlarında yaranan nasazlıqların əksəriyyəti qapılarla bağlı olur”.
Bunu apa-nın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, sıxlıq nəticəsində qapıların tutulub saxlanılması bir sıra problemlərə səbəb olur:
“Lakin bu, o demək deyil ki, “Bakı Metropoliteni” QSC tərəfindən bütün qapılara və ümumiyyətlə bütün qatara texniki baxış keçirilmir. Əksinə, “Bakı Metropoliteni”də normativ tələblərə uyğun olaraq bütün qatarlar depo şəraitində baxış və qulluğa cəlb olunur. Qatarlara texniki xidmətin göstərilməsi ilə bağlı “Bakı Metropoliteni”nin normativləri mövcuddur. Qeyd edim ki, bundan əlavə olaraq hərəkətə başlamazdan öncə, depodan çıxarkən də qatarın maşinisti hərəkət tərkibinə mütləq qaydada texniki baxış keçirir, onun saz vəziyyətdə olmasını xüsusi qiymətləndirir. Yalnız bundan sonra qatar xəttə çıxır”.
O bildirib ki, xətlərdə hansısa nasazlıq aşkarlandıqda qatar ən yaxın olduğu dayanma nöqtəsinə verilir:
“Qatara baxış keçirildikdə hansısa nasazlıq müəyyən olunarsa, onun depoya göndərilməsi ilə bağlı xüsusi qərar verilir. Bu addım da sərnişin sıxlığı və hərəkət intervalına təsir göstərməyəcək şərtlərlə həyata keçirilir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












