Bakı-Quba yolunda “Range Rover” markalı avtomobil külə döndü - AÇIQLAMA + VİDEO

Bakı-Quba yolunda “Range Rover” markalı avtomobil yanıb. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq. İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə may ayının 2-də Bakı-Quba yolunun 98-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Orxan Zaur oğlu Göyçayevin idarə etdiyi “Range Rover Velar” markalı 10-JR-059 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən alışıb.
İlkin ehtimala görə, hadisə qısaqapanma səbəbindən baş verib. Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.
Xəsarət alan və ya ölən olmayıb.
“Sürücülərdən bir daha xahiş edirik ki, avtomobillərinin sazlığına diqqət etsinlər və avtomobilin elektrik sistemində hər hansı müdaxilələrə yol verməsinlər”, - deyə R.Tağıyev vurğulayıb.
Videonu təqdim edirik:
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












